Ana Sayfa > M / Karusel / Hadisə / M2 > Bakıda metro yaxınlığında yanğın

Bakıda metro yaxınlığında yanğın


10-06-2015, 00:19. Yazar: Xeberaz
Bakıda metro yaxınlığında yanğın
Yanğın hadisəsi "Azərişıq" ASC-nin yarımstansiyasının şaxtasında baş verib
Bakıda "İçərişəhər" metrostansiyası yaxınlığında yanğın baş verib.

Bu barədə ANS PRESS-ə hadisə şahidləri məlumat verib. Sakinlər yanğın hadisəsinin axşam vaxtı baş verdiyini və bir neçə dəfə kiçik partlayış səsləri eşitdiyini deyiblər.

Yanğın hadisəsi "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin "İçərişəhər" metrostansiyası yaxınlığında yerləşən yarımstansiyasının şaxtasında baş verib.

Hadisə yerinə yanğınsöndürənləri sakinlər çağırıb. Yanğın dərhal söndürülüb.
Geri dön