Ana Sayfa > M / Karusel / Siyasət / Müsahibə > Əli Abbasov MTN-lə əməkaşlığından - Danışdı

Əli Abbasov MTN-lə əməkaşlığından - Danışdı


29-12-2016, 11:46. Yazar: Xeberaz
Əli Abbasov MTN-lə əməkaşlığından - Danışdı
Həbs olunan MTN-çilərin məhkəmə prosesi başlamadığı üçün prosesə müdaxilə etmək istəmirəm.

Bunu Unikal.org-a açıqlamasında keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov deyib.

Sabiq nazir bildirib ki, rəhbərlik etdiyi qurum MTN ilə əməkdaşlıq edib:

"Həbs olunan MTN-çilərin məhkəmə prosesi başlamadığı üçün prosesə müdaxilə etmək istəmirəm. Ancaq onu deyə bilərəm ki, ölkəmizin beynəlxalq rabitə sistemində informasiya təhlükəsizliyinin qorunması, daxili telekommunikasiya şəbəkələrinin və internet resurslarının xarici kiberhücumlardan qorumaq üçün keçmiş Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq etmişik. Xahiş edirəm, belə məsələrlə bağlı mənə müraciət etməyəsiniz”.

Xatırladaq ki, ötən gün mətbuatda Əli Abbasovun "MTN işi" ilə bağlı ifadəsi yayılıb.

Sabiq nazir Ə.Abbasov şahid qismində dindirilərək MTN generalları S.Qurbanov və T.Quliyevə hər ay “paket” verdiklərini etiraf edib, bunun səbəbi kimi isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan qorxduğunu deyib.
Geri dön