Ana Sayfa > M / Karusel / Gündəm > Ərdoğanın bu açıqlaması dünyanı silkələdi

Ərdoğanın bu açıqlaması dünyanı silkələdi


28-12-2016, 18:23. Yazar: Xeberaz
Ərdoğanın bu açıqlaması dünyanı silkələdi



Koalisiya qüvvələri verdiyi sözü tutmur. Əks halda, qərarlı şəkildə yolumuzu davam etdirərdik.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan qvineyalı həmkarı Alfa Konde ilə görüşündən sonra təşkil olunan mətbuat konfransı zamanı deyib.

“İŞİD qruplaşması hazırda Əl Babda hər tərəfdən mühasirəyə alınıb. Təəssüf ki, koalisiya bizə verdiyi sözü tutmur. Verdikləri söz fərqli idi, indi isə fərqli mövqedən çıxış edirlər. Buna baxmayaraq, biz yolumuza davam edəcəyik. Koalisiya qüvvələri “İŞİD-ə qarşı sonuna qədər mübarizə aparacağıq” deyirdi. Hətta bizi İŞİD-ə dəstək verməkdə ittiham edirdilər. İndi isə hamısı yoxa çıxıb. Hətta bunlar İŞİD də daxil olmaqla, YPG, PYD-yə dəstək verirlər. Bu faktlar hamısı foto və video ilə əlimizdədir”, - Ərdoğan qeyd edib.

Türk lider onu da vurğulayıb ki, bütün bu proseslərə baxmayaraq, rəsmi Ankaranın mövqeyi dəyişməz olaraq qalır.

“Röyter” agentliyinin Ərdoğanın bu çıxışından “ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin İŞİD-ə dəstək verdiyi barədə əlimizdə foto və video qeydlər var” hissəsini mətndən çıxararaq tirajlaması isə dünya mediasında rezonans yaradıb.

Halbuki Türkiyə rəsmiləri ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin YPG-yə silah-sursat verməsini hər zaman kəskin tənqid etmiş, YPG-nin də terror təşkilatı olduğunu, bu quruma verilən silahların PKK və İŞİD-in əlinə düşdüyünü dəfələrlə bəyan edib.
Geri dön