Ana Sayfa > M / Karusel / Dünya / M2 > Döyüş zamanı 20 əsgər və 14 üsyançının öldüyü qeyd olunur

Döyüş zamanı 20 əsgər və 14 üsyançının öldüyü qeyd olunur


9-06-2015, 23:51. Yazar: Xeberaz
Döyüş zamanı 20 əsgər və 14 üsyançının öldüyü qeyd olunur

Suriya üsyançıları ölkənin cənubunda yerləşən hərbi bazanı ələ keçirib.

Xeberaz.az ANS PRESS-əxəbər verir ki, bu barədə üsyançı qruplarla əlbir olan “Cənub cəbhəsi” Harak şəhəri ətrafındakı hərbi bazanın zəbt edildiyini bəyan edib.

Bu Deraa əyalətindəki ən böyük bazalardan biri sayılır. Britaniyada fəaliyyət göstərən Suriya insan haqları mərkəzi həmçinin ətrafdakı şəhər və kəndin ələ keçirildiyini xəbər verib.

Döyüş zamanı 20 əsgər və 14 üsyançının öldüyü qeyd olunur. Bu baza paytaxt Dəməşqdən İordaniya sərhədinə gedən yolun yaxınlığında yerləşir.

Usyançıların son 3 ay ərzində Deraa əyalətində fəallaşdığı müşahidə olunur.
Geri dön