Ana Sayfa > M / Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV > Xoşqədəm canlı yayımda əsəbiləşdi: Mən də türklə ailəliyəm (VİDEO)

Xoşqədəm canlı yayımda əsəbiləşdi: Mən də türklə ailəliyəm (VİDEO)


9-06-2015, 22:54. Yazar: Xeberaz
Xoşqədəm canlı yayımda əsəbiləşdi: Mən də türklə ailəliyəm (VİDEO)
Verilişdə işitrak edən bəstəkar Faiq Sücəddinov həmin qadını qınayıb
Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı ANS TV-nin efirində yayımlanan "Sən tək deyilsən" verilişində əsəbiləşib.

Xeberaz.az -ın məlumatına görə, Xoşqədəm Hidayətqızı verilişi problemi ilə əlaqədar gələn qadına danışmaq üçün söz verib.

Qadın bildirib ki, onun problemi ailə qurduğu Türkiyə vətəndaşı ilə bağlıdır. Onun sözlərinə görə, Türkiyə vətəndaşı onu aldadıb və uşaqlarının alimentini vermir. Qadın bildirib ki, onunla rəsmi şəkildə evli olmayıb.

Verilişdə işitrak edən bəstəkar Faiq Sücəddinov həmin qadını qınayıb. O bildirib ki, Azərbaycan oğullarından biri ilə ailə qurardı.

Xoşqədəm Hidayətqızı isə buna etiraz edib: "Mən də Türkiyə vətəndaşı ilə ailə qurmuşam. Bu, qismətdir. Heç kim öz taleyini özü yazmayıb. 3 il əvvəl mənə deəsydilər ki, sənə belə tale yazılıb, buna inanmazdım. Amma bu qismətdir, taledir".

Həmin anları və ətraflı videoada izləyə bilərsiniz.


Geri dön