Ana Sayfa > M / Karusel / Siyasət / M2 > Rusiya ABŞ və NATO-ya səsləndi (VİDEO)

Rusiya ABŞ və NATO-ya səsləndi (VİDEO)


9-06-2015, 22:41. Yazar: Xeberaz
Rusiya ABŞ və NATO-ya səsləndi (VİDEO)
"Əgər belə arzu edirsinizsə, rəsmi şəkildə təklif edin, biz belə təkliflərə konstruktiv baxmağa hazırıq"
Rusiya hərbi əlaqələrin yenilənməsi ilə bağlı ABŞ və NATO-un müraciətinə baxmağa hazırdır.

Xeberaza.az in məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib. Lavrov bəyan edib ki, əgər belə təklif olarsa bu barədə danışmaq olar.

"Son zamanlar ABŞ dövlət katibi və NATO baş katibi ilə biz beynəlxalq tədbirlərdə görüşdüyümüz vaxtlarda bildirirlər ki, hərbi əlaqələri yeniləmək üçün maraq göstərirlər. Əgər belə arzunuz varsa rəsmən təklif edin, biz belə təkliflərə konstruktiv baxmağa hazırıq, əlaqələri biz dondurmamışıq", - Lavrov deyib.
Geri dön