Ana Sayfa > M / Karusel / Siyasət > ATƏT cəbhə xəttində növbəti monitorinq keçirəcək

ATƏT cəbhə xəttində növbəti monitorinq keçirəcək


17-03-2015, 11:40. Yazar: Xeberaz
ATƏT cəbhə xəttində növbəti monitorinq keçirəcək
MN məlumat yaydı.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 18-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Xeberaz.az Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçirəcəklər.
Geri dön