Ana Sayfa > M / Karusel / Siyasət > Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verdi


25-12-2016, 17:25. Yazar: Xeberaz
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

Prezident İlham Əliyev bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.
"Xəbəraz.az " prezidentin saytına istinadən xəbər verir ki, İlham Əliyev bildirib ki, çoxsaylı insan tələfatı ilə nəticələnmiş TU-154 təyyarəsinin qəzası haqqında xəbər onu sarsıdıb: “Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm”.


Geri dön