Ana Sayfa > M / Karusel / Siyasət / M2 / Fotogalereya > Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazirin istefasını qəbul edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazirin istefasını qəbul edib


9-06-2015, 22:12. Yazar: Xeberaz
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazirin istefasını qəbul edib



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlunun istefasını qəbul edib.

Xeberaz.az ın məlumatına görə, bu barədə Davudoğlu özü açıqlama verib.

"Prezidentimiz bu günə qədər göstərdiyim xidmətlərdən dolayı təşəkkürünü bildirdi. Yeni hökumətin tərkibi formalaşdırılana qədər vəzifəmin icrasını davam etdirməyimi istədi", deyə Davudoğlu bildirib.

Xatırladaq ki, iyunun 7-də Türkiyədə baş tutan parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) 40,9, Cümhuriyyət Xalq Partiyası (CHP) 25, Milliyyətçi Hərəkat Partiyası (MHP) 16,3, Xalqların Demokratik Partiyası (HDP) isə 13,1 faiz səs toplayıb.
Geri dön