Ana Sayfa > M / Karusel / Şou-Biznes / M2 > Ledi Qaqa təşkil olunan gecəyə bu geyimdə gəldi (FOTO)

Ledi Qaqa təşkil olunan gecəyə bu geyimdə gəldi (FOTO)


9-06-2015, 22:08. Yazar: Xeberaz
Ledi Qaqa təşkil olunan gecəyə bu geyimdə gəldi (FOTO)
müğənni Londonda “The Box Club”da təşkil olunan gecəyə ekstravaqant geyimdə gəlib
Hər zaman olduğu kimi yenə də Ledi Qaqa pərəstişkarlarını təəccübləndirməkdədir.

Xeberaz.az
ın məlumatına görə, məşhur müğənni Londonda “The Box Club”da təşkil olunan gecəyə ekstravaqant geyimdə gəlib.

Gecə saatlarında “The Box Club”dan ayrılan məşhur müğənni, qapıda özünü gözləyən pərəstişkarlarının arasından zorla keçərək qaldığı otelə yollanıb. Bəzi pərəstişkarları Ledi Qaqanın otelə geri dönüşünü təxminən 8 saata qədər gözləyib.

Uzun saatlar otel girişində gözləyən izdihamlı qrup, məşhur ulduzu yalnız bir neçə dəqiqə uzaqdan görə bilib.

Maraqlı geyimləri ilə hər zaman adından söz etdirməyi bacaran 28 yaşlı pop ulduzu, yenə maraqlı seçimi ilə diqqət çəkib.
Qaqa London küçələrində açıq-saçıq geyimdə bədənini nümayiş etdirməkdən çəkinməyib.








Geri dön