Ana Sayfa > M / Karusel / Gündəm > Azərbaycanın müdafiə sənayesi ilə bağlı - Yenilik

Azərbaycanın müdafiə sənayesi ilə bağlı - Yenilik


20-12-2016, 21:39. Yazar: Xeberaz
Azərbaycanın müdafiə sənayesi ilə bağlı - Yenilik


2017-2018-ci illərdə Azərbaycanın müdafiə sənayesi sahəsində birgə istehsal gücləri yaradılacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, ölkəyə idxal olunan müdafiə sənayesi məhsullarının istehsalçıları ilə danışıqlar aparılaraq, ölkədə istehsalı mövcud olmayan məhsulların tam istehsal tsiklinin qurulması üzrə xarici investorlarla birgə müəssisələrin yaradılması üçün təkliflər veriləcək və bundan irəli gələn növbəti addımlar planlaşdırılacaq.
Geri dön