Ana Sayfa > M / Karusel / Gündəm / M2 / Foto-fakt > Bakı 2015-in Açılış Mərasimindən yeni görüntülər (VİDEO)

Bakı 2015-in Açılış Mərasimindən yeni görüntülər (VİDEO)


9-06-2015, 12:40. Yazar: Xeberaz
Bakı 2015-in Açılış Mərasimindən yeni görüntülər (VİDEO)
Açılış Mərasimində Azərbaycanın milli mədəniyyəti təntənəli surətdə qeyd olunacaq.
İyunun 12-də keçiriləcək Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasiminin hazırlıq prosesindən yeni görüntü yayımlanıb.

Xeberaz.az -ın məlumatına görə, Bakı Olimpiya Stadionu əyləncə və idmanın həyatda bir dəfə yaşanacaq nümayişi ilə parlaq şəhərin bütün mədəniyyət və tarixini sərgiləməyə hazırdır.

Bakı 2015-in möhtəşəm Açılış Mərasimində Azərbaycanın milli mədəniyyəti və Bakı şəhərinin müasir Avropadakı əhəmiyyətli yeri təntənəli surətdə qeyd olunacaq. Bədii rəhbəri Dimitris Papaioannounun olduğu mərasimdə 2 mindən çox səhnə iştirakçısı sehrli şou nümayiş etdirəcək.

Birinci Avropa Oyunlarının Açılış Mərasimi iyunun 12-də, yerli vaxtla axşam saat 9-da başlayacaq. Mərasim az.baku2015.com saytında və bütün dünyada canlı nümayiş olunacaq və bütün dünyada televiziyalar vasitəsilə mərasimin canlı nümayişinə baxa bilərsiniz.



Geri dön