Ana Sayfa > M / Karusel / Gündəm > Ramil Usubov əlillərlə bağlı yol polisinə tapşırıq verdi

Ramil Usubov əlillərlə bağlı yol polisinə tapşırıq verdi


16-12-2016, 19:09. Yazar: Xeberaz
Ramil Usubov əlillərlə bağlı yol polisinə tapşırıq verdi

Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov yol polisləri ilə görüş keçirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş vaxtı nazir Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova tapşırıq verib.

Sıra baxışından sonra keçirilən tədbirdə çıxış edən nazir əlillərə verilmiş və verilməsi nəzərdə tutulan avtomobillərin dövlət hesabına xüsusi idarəetmə sistemi ilə təchiz olunması məqsədilə hökumət qarşısında vəsatət qaldırılması üçün müvafiq sənəd layihəsinin hazırlanması, həmçinin bu cür avtomaşınları idarə etmək vərdişlərini aşılamaq məqsədi ilə xüsusi təlim kurslarının təşkil edilməsi barədə Baş İdarənin rəisinə tapşırıq verib.

Ramil Usubov əlillərlə bağlı yol polisinə tapşırıq verdi
Geri dön