Ana Sayfa > M / Karusel / Siyasət / Xəbəraz-ın debatı > Rusiya və Türkiyə hərbi əməkdaşlığa dair sənəd imzaladılar

Rusiya və Türkiyə hərbi əməkdaşlığa dair sənəd imzaladılar


16-12-2016, 01:38. Yazar: Xeberaz
Rusiya və Türkiyə hərbi əməkdaşlığa dair sənəd imzaladılar
Hərbi-texniki əməkdaşlıq üzrə Rusiya-Türkiyə hökumətlərarası komissiyasının iclası keçirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün jurnalistlərə Rusiya Federasiyası hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin mətbuat xidmətindən bildirilib.

“İclas zamanı Rusiya nümayəndə heyətinə Federal Xidmətin direktor müavini M.V.Petuxov, Türkiyə nümayəndə heyətinə isə Türkiyə Milli Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Aparatının rəisi İsmayıl Dəmir rəhbərlik ediblər”, - deyə açıqlamada bildirilir.

Məlumata görə, hərbi-texniki məsələlər və müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Rusiya-Türkiyə hökumətlərarası komissiyasının XII iclası dekabrın 12-dən 14-dək keçirilib.

İclasın yekunlarına dair protokol imzalanıb.

Sənədin məzmunu açıqlanmır.
Geri dön