Ana Sayfa > M / Karusel / Siyasət > Rusiyaya qarşı sanksiyaların vaxtı uzadıldı

Rusiyaya qarşı sanksiyaların vaxtı uzadıldı


16-12-2016, 01:32. Yazar: Xeberaz
Rusiyaya qarşı sanksiyaların vaxtı uzadıldı
Aİ liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaların daha altı ay uzadılmasına dair razılığa gəliblər.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, müdafiə, energetika və maliyyə sektorlarını əhatə edən sanksiyaların uzadılması prosesinə gələn həftənin əvvəlindən başlanılacaq.

“Blumberq” Aİ nümayəndəsinə istinadən prosesin artıq dekabrın 16-dan başlanacağını bildirib.

Qeyd edək ki, bundan əvvəl Fransa və Almaniya liderləri Rusiyaya qarşı sanksiyaların uzadılacağını bildiriblər. Onlar qərarlarını Minsk razılaşmalarının icrasında irəliləyişin olmaması ilə əlaqələndiriblər.
Geri dön