Ana Sayfa > M / Karusel / Gündəm > FHN itkin düşmüş neftçilərin axtarışına helikopter cəlb etdi

FHN itkin düşmüş neftçilərin axtarışına helikopter cəlb etdi


15-12-2016, 14:26. Yazar: Xeberaz
FHN itkin düşmüş neftçilərin axtarışına helikopter cəlb etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) dənizdə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin axtarışına helikopter cəlb edib.

"Xəbəraz.az " xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 15-də səhər saat 05 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində "Azneft" İB-nin N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin dərhal axtarışına baslanıb.

Axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin "Vixr-5" və "Vixr-8" gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin "Svetlomor-2" gəmisi, həmçinin çətin hava şəraitinə baxmayaraq FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.

Geri dön