Ana Sayfa > M / Karusel / Siyasət > Netanyahu Nazarbayevə buna görə təşəkkür etdi

Netanyahu Nazarbayevə buna görə təşəkkür etdi


14-12-2016, 13:27. Yazar: Xeberaz
Netanyahu Nazarbayevə buna görə təşəkkür etdi
Qazaxıstan İsraillə münasibətlərini qaydaya salan ilk müsəlman ölkəsi olub.

"Xəbəraz.az " xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşü zamanı İsrail Baş naziri Benyamin Netanyahu söyləyib. Nazarbayevlə Astanada görüşən Netanyahu ona İsraillə bağlı tutduğu mövqeyə görə təşəkkür edib:

“Başqa ölkələr də sizdən nümunə götürməlidirlər. Mən sizə etdiyiniz hər şeyə görə təşəkkür edirəm”.

Qeyd edək ki, Netanyahu ötən gün Azərbaycana səfərinin ardınca Qazaxıstana yola düşüb.
Geri dön