Ana Sayfa > M / Karusel / İqtisadiyyat / M2 > Azərbaycanda dollar ucuzlaşdı

Azərbaycanda dollar ucuzlaşdı


3-06-2015, 12:16. Yazar: Xeberaz
Azərbaycanda dollar ucuzlaşdı
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub, avro yenidən qalxdı
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

Xeberaz.az ın Mərkəzi Banka istinadla verdiyi məlumata görə, Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi azalıb. Belə ki, ötən gün 1 ABŞ dolları 1,0494 AZN-ə bərabər idi. Bu gün isə bu rəqəm azalaraq 1.0484-ə bərabər olub.

Avronun məzənnəsi isə manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1,1470-dən 1.1696 manata kimi yüksəlib.

Rusiya rublunun kursunda da bahalaşma müşahidə edilib. 1 rublun dəyəri artaraq 0.0196-dan 0.0199-a çatıb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Geri dön