Ana Sayfa > M / Karusel / Gündəm / M2 / Fotogalereya > Rayon qeydiyyatında olan yüzlərlə maşın saxlanıldı

Rayon qeydiyyatında olan yüzlərlə maşın saxlanıldı


3-06-2015, 11:53. Yazar: Xeberaz
Rayon qeydiyyatında olan yüzlərlə maşın saxlanıldı
“Avtomobilləri saxlamaq üçün orta zolaq bağlanıb”.

Kütləvi informasiya vasitələrində qadağalar haqqında dəfələrlə məlumat verməyimizə baxmayaraq, bəzi sürücülər xəbərdarlığımıza məhəl qoymur.

İki gündə rayonlardan, eyni zamanda Sumqayıt və Abşerondan şəxsi nəqliyyat vasitəsilə paytaxta daxil olmağa çalışan xeyli avtomobil saxlanılıb.

Xeberaz.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

O, hazırda dayanacaqlarda nə qədər avtomobilin saxlanıldığını müəyyən etməyin çətin olduğunu bildirib:

“Düzdür, müraciətimizə diqqət edənlərlə yanaşı, buna fikir verməyib rayon qeydiyyatında olan avtombillərlə şəhərə daxil olmaq istəyənlər də çoxdur. Lakin onların hər biri yoxlanılır və yenidən dayanacaqlara aparılır və həmin şəxslər yenidən ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində qalır”.

Kamran Əliyev bildirib ki, rayonlarda, eləcə də Sumqayıt və Abşeronda qeydiyyatında olan avtomobillərdən istifadə etməklə insanlar başqalarının sərbəst hərəkətinə mane olur:

“Bununla onlar tıxacların yaranmasına səbəb olurlar”.

O, Bakı-Sumqayıt yolunda orta zolağın bağlanması məsələsinə də münasibət bildirib.

“Avtomobilləri saxlamaq üçün orta zolaq bağlanıb. Lakin bunun ictimai nəqliyyat vasitələrinə aidiyyəti yoxdur. Ona görə onlar digər zolaqlardan rahat istifadə edə bilərlər”.
Geri dön