Ana Sayfa > M / Karusel / Siyasət / M2 / Fotogalereya > Putin "Bakı 2015"ə görə kanalları tənqid etdi

Putin "Bakı 2015"ə görə kanalları tənqid etdi


3-06-2015, 11:45. Yazar: Xeberaz
Putin "Bakı 2015"ə görə kanalları tənqid etdi
"Bu dünya idman tarixinə düşəcək hadisədir - tarixdə ilk Avropa Olimpiya Oyunlarıdır"
Rusiya prezidenti Vladimir Putin "Bakı 2015"ə görə Rusiya kanallarını tənqid etdi.

Xeberaz.az -ın Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Azərbaycanda keçiriləcək I Avropa Oyunları barədə danışan Rusiya lideri oyunlara kifayət qədər yer verilmədiyini, işıqlandırılmadığını deyib.

“Bu necə ola bilər? Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov mənə yazıb göndərib ki, Rusiyada heç bir kütləvi informasiya vasitəsi Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını yayımlamaq istəmir. Heç bir kanal? Axı bu, necə ola bilər? Bu dünya miqyasında bir yarışdır.

Mən anlayıram, büdcə ilə bağlı məhdudiyyətlər var. Amma vacib məsələlər var. Bu dünya idman tarixinə düşəcək hadisədir - tarixdə ilk Avropa Olimpiya Oyunlarıdır”.

O, bu gün informasiya təminatının hər şeyə rəğmən mükəmməl olmadığını da deyib.

Xatırladaq ki, Bakıda I Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də baş tutacaq. Açılış mərasimində Rusiya prezidentinin də iştirakı gözlənilir.
Geri dön