Ana Sayfa > M / Karusel / Siyasət / M2 / Fotogalereya > Nazir işdən qovulan polkovnikə vəzifə verdi

Nazir işdən qovulan polkovnikə vəzifə verdi


3-06-2015, 11:42. Yazar: Xeberaz
Nazir işdən qovulan polkovnikə vəzifə verdi
Biləsuvar rayon polis şöbəsinin rəisi Saleh Abdullayeva daha önəmli vəzifə verilib
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikiliyi baş verib.
Xeberaz.az azvision.az-a istinadən xəbər verir ki, vəzifəsindən uzaqlaşdırılan Biləsuvar rayon polis şöbəsinin rəisi Saleh Abdullayeva daha önəmli vəzifə verilib.

Belə ki, Saleh Abdullayev kollegiya iclasında şiddətli töhmət cəzası almış, sonra isə işində verdiyi nöqsanlara görə vəzifəsindən azad edilərək sərəncama göndərilmişdi.

Polis polkovniki Saleh Abdullayev daxili işlər naziri Ramil Usubovun əmri ilə DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboruna rəis təyin edilib.
Geri dön