Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm > Con Kerri: "Ermənistan və Azərbaycan arasında münaqişə Avropanın təhlükəsizliyinə təhdiddir"

Con Kerri: "Ermənistan və Azərbaycan arasında münaqişə Avropanın təhlükəsizliyinə təhdiddir"


8-12-2016, 15:33. Yazar: Xeberaz
Con Kerri: "Ermənistan və Azərbaycan arasında münaqişə Avropanın təhlükəsizliyinə təhdiddir"


14:51

"Azərbaycan və Ermənistan arasındakı həlli uzanan münaqişə Avropanın təhlükəsizliyini təhdid altına qoyur".

APA-nın məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Con Kerri ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqa keçirilən 23-cü iclasında deyib.

O Avropanın üzləşdiyi təhlükənin tək Ukraynada olmadığını deyərək, bu sırada Dağlıq Qarabağ, Moldova və Gürcüstandakı münaqişələri də qeyd edib.

------------

14:44

"Dağlıq Qarabağ münaqişəsi narahatlığa səbəb olaraq qalır".
"Xəbəraz.az "Trend-ə istinadən xəbər verir ki, bunu Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında ABŞ dövlət katibi Con Kerri deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir ki, həll olunmur və ATƏT-ə daxil olan ölkələrin narahatlığına səbəb olur.


Geri dön