Ana Sayfa > M / Karusel / Gündəm > İlham Əliyev Özbəkistanın yeni seçilmiş prezidentini təbrik edib

İlham Əliyev Özbəkistanın yeni seçilmiş prezidentini təbrik edib


5-12-2016, 21:06. Yazar: Xeberaz
İlham Əliyev Özbəkistanın yeni seçilmiş prezidentini təbrik edib


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Özbəkistan Respublikasının yeni seçilmiş prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.

"Xəbəraz.az " AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli Şavkat Miromonoviç,

Özbəkistan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, birgə səylərimiz xalqlarımızın mənafeyi, regionda sülh, sabitlik və təhlükəsizlik naminə Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın, hərtərəfli əməkdaşlığın və çoxsahəli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə yönələcəkdir.

Hörmətli Şavkat Miromonoviç, Sizə möhkəm cansağlığı, firavanlıq və qardaş Özbəkistan xalqının rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

Geri dön