Ana Sayfa > M / Karusel / Gündəm > "Yanğın yerində köçkünlər üçün yeni bina tikiləcək" - Əli Həsənov

"Yanğın yerində köçkünlər üçün yeni bina tikiləcək" - Əli Həsənov


29-11-2016, 14:13. Yazar: Xeberaz
"Yanğın yerində köçkünlər üçün yeni bina tikiləcək" - Əli Həsənov

Yanğın olan yarımtikilinin yerində yeni bina inşa ediləcək, ailələr isə həmin müddətdə kirayə köçürüləcəklər.

"Xəbəraz.az " xəbər verir ki, bunu Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Nizami rayonunda məcburi köçkünlərin yaşadığı binada baş verən yanğınla tanış olan zaman deyib.

Binanın sakinləri ilə görüşən Ə. Həsənov bildirib ki, həmin binanı alan şəxslə danışıqlar aparılacaq: “Yarımtikilinin yerində yeni bina tikilib, 21 ailə yenidən köçürüləcək. İndi ümidimiz onadır. Gecə baş verən yanğında 3 ev tamam kül olub. Bir çöp də çıxara bilmədik...”./qafqazinfo/

Geri dön