Ana Sayfa > M / Karusel / Gündəm > Minsk Bakı üçün faydalı olanı edəcək - Lukaşenko

Minsk Bakı üçün faydalı olanı edəcək - Lukaşenko


28-11-2016, 19:34. Yazar: Xeberaz
Minsk Bakı üçün faydalı olanı edəcək - Lukaşenko


Azərbaycan ən yaxın dostu kimi hər zaman Belarusa arxalana bilər.

APA-nın verdiyi məlumata görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko prezident İlham Əliyevlə təkbətək görüşdə deyib.

Onun sözlərinə görə, Belarus hər zaman Azərbaycan üçün faydalı olan hər şeyi edəcək: "Bizim imkanlarımızı siz yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz. Bizim aramızda qapalı mövzu yoxdur. Biz bütün istiqamətlərdə əməkdaşlıq edirik və edəcəyik. Biz öz əməkdaşlığımızla heç kəsə zərər vermirik, fəaliyyətimizə aid ən aktual məsələlərinin müzakirəsi zamanı açığıq, gələcəkdə də açıq olacağıq".
Geri dön