Ana Sayfa > M / Karusel / Gündəm > İsrail Prezidenti FHN-ə təşəkkür etdi

İsrail Prezidenti FHN-ə təşəkkür etdi


28-11-2016, 00:05. Yazar: Xeberaz
İsrail Prezidenti FHN-ə təşəkkür etdi

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsraildə yanğınların söndürülməsi əməliyyatlarında iştirakını davam etdirir.

"Xəbəraz.az " xəbər verir ki, təyyarə 27 noyabr 2016-cı il tarixində əməliyyat planına uyğun olaraq İsrailin Hayfa şəhəri yaxınlığında 150 km radiusda hava məkanında növbə çəkib.

Qeyd edək ki, bu gün İsrail Prezidenti Reuven Rivlin İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşüb, göstərdikləri şücaətə görə onlara öz təşəkkürünü bildirib.
Geri dön