Ana Sayfa > M / Karusel / Dünya > İki ölkə arasında gərginlik - Qırıcılar havaya qaldırıldı

İki ölkə arasında gərginlik - Qırıcılar havaya qaldırıldı


26-11-2016, 09:33. Yazar: Xeberaz
İki ölkə arasında gərginlik - Qırıcılar havaya qaldırıldı
Yaponiya Hərbi Hava Qüvvələrinin qırıcıları Okinava prefekturasına yaxınlaşan Çin təyyarələrinə görə havaya qaldırılıb.
Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Su-30 və starteji bombardımançı H6-nın da daxil olduğu altı Çin təyyarəsinin ələ keçirilməsi üçün qırıcılarımız həyəcan siqnalı ilə havaya qaldırılıb”,- deyə məlumatda bildirilib.

Məlumata əsasən Yaponiya hava məkanının pozulması halı qeydə alınmayıb.

Qeyd edək ki, Yaponiya Müdafiə Nazirliyi qırıcıları bu ilin aprelindən sentyabrına kimi 407 dəfə Çin Xalq Respublikası təyyarələrinin ələ keçirməsi üçün havaya qalxıb.

Uçuşlar əsasən Çin və Yaponiya arasında mübahisə predmeti olan Senkaku (Dyaoyuydao) adaları ərazisində həyata keçirilib.
Geri dön