Ana Sayfa > M / Karusel / İdman / M2 / Fotogalereya > Taekvondoçularımız Avstriyadan 5 medalla qayıdır

Taekvondoçularımız Avstriyadan 5 medalla qayıdır


2-06-2015, 00:04. Yazar: Xeberaz
Taekvondoçularımız Avstriyadan 5 medalla qayıdır
1 qızıl, 1 gümüş, 3 bürünc.

Avstriyanın İnsbruk şəhərində yeniyetmə taekvondoçular arasında keçirilən ənənəvi “Austria Open” başa çatıb.

Belə ki, Səbuhi Zülfüqarovun yetirmələrindən Ofeliya Allahverdiyeva (29 kq) çempion adına layiq görülüb. Digər idmançılarımızdan Bəhruz Quluzadə (37 kq) gümüş, Cavid Soltanov (+65 kq), Minayə Əkbərova (33 kq) və Sevda Pirseyidova (37 kq) bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, millimiz sabah Bakıya qayıdacaq.
Geri dön