Ana Sayfa > M / Karusel / Maraqlı / M2 / Foto-fakt / Xəbəraz TV > Gənc insanların gözü qarşısında minarədən belə yıxıldı (VİDEO)

Gənc insanların gözü qarşısında minarədən belə yıxıldı (VİDEO)


1-06-2015, 20:13. Yazar: Xeberaz
Gənc insanların gözü qarşısında minarədən belə yıxıldı (VİDEO)
Ona tamaşa edənlər həmin görüntüləri videoya çəkərək internetdə paylaşıblar
Malayziyanın paytaxtı Kuala-Lumpurda bir adam minarədən yıxılıb.

ANS PRESS-in məlumatına görə, mayın 29-da onlarla adam Kuala-Lumpurdakı məscidlərdən birinin ətrafında toplaşıb. Lakin niyyət heç də ibadət etmək olmayıb. Onlar gənc bir adamın təhlükəsizlik vasitələri olmadan məscidin divarı ilə minarəyə çıxmasına baxırdılar. Şahidlərin çoxları bunu videoya da çəkiblər.

Lakin naməlum adam yolun yarıdan çoxunu qət edəndən sonra qəfildən tarazlığını itirib və təxminən 21 metr hündürlükdən yıxılıb. Yerli mətbuat yıxılan adamın sağ qaldığını, lakin çoxlu ağır xəsarətlər aldığını, əl və ayaqlarının sındığını yazır. Bundan başqa, həmin şəxsin psixoloji problemlərinin olduğu da deyilir.


[media=https://youtu.be/ZuFP0es6J1o]
Geri dön