Ana Sayfa > M / Karusel / Gündəm / M2 / Ekskluziv > Bakıda avtomobillərlə bağlı daha bir - QADAĞA

Bakıda avtomobillərlə bağlı daha bir - QADAĞA


1-06-2015, 01:26. Yazar: Xeberaz
Bakıda avtomobillərlə bağlı daha bir - QADAĞA
Qadağa 1 ay müddətində qüvvədə olacaq.

Bakı-2015 Birinci Avropa Oyunları zamanı yarışların keçiriləcəyi idman arenalarının ətrafında parklanmaya nəzarət zonaları yaradılır.

Xeberaz.az -ın məlumatına görə, mayın 31-dən iyunun 1-ə keçən gecə qüvvəyə minir. Hətta həmin ərazilərdəki parkomatların fəaliyyəti də dayandırılır. Bu zonalarda avtomobillərini yalnız xüsusi parklanma icazəsi olanlar, o ərazidə yaşayan sakinlər saxlaya bilərlər. Belə bir icazəsi olmayan sakinlər mütləq bu tarixə qədər mənzil-kommunal idarələrinə müraciət etməlidirlər. Həmin zonada rəsmi saxlama icazəsi olmayan avtomobillər ərazidən təxliyə olunacaq və onların sahibləri cərimələnəcəklər.

Bu qadağa bir ay ərzində, iyulun 1- dək qüvvədə olacaq.

Geri dön