Ana Sayfa > M / Karusel / Şou-Biznes / M2 > Enrike İqlesias konsertdə əlini zədələdi

Enrike İqlesias konsertdə əlini zədələdi


1-06-2015, 01:19. Yazar: Xeberaz
Enrike İqlesias konsertdə əlini zədələdi
“Qanaxma şounun sonuna qədər davam edib”.

Müğənni Enrike İqlesias Meksikada konsert zamanı kəsilmiş əlinə baxmayaraq çıxışını davam etdirib.

Xeberaz.az xarici KİV-ə istinadla xəbər verir ki, şahidlərin sözlərinə görə, müğənni konsertin çəkilişi üçün istifadə olunan uçan aparat – dronu tutmağa cəhd edib.

Müğənninin əli tamamilə qanda olsa da, bu, onu dayandırmayıb və o, 30 dəqiqə ərzində konserti davam etdirib.

“O, konserti davam etdirməyə qərar verdi, baxmayaraq ki, qanaxma şounun sonuna qədər davam edib”, - müğənninin nümayəndəsi deyib.
Geri dön