Ana Sayfa > M / Karusel / Siyasət > Robert Sekuta: Azərbaycanın yaşadığı Xocalı faciəsi kimi hadisələr məni çox ağrıdır

Robert Sekuta: Azərbaycanın yaşadığı Xocalı faciəsi kimi hadisələr məni çox ağrıdır


11-03-2015, 22:34. Yazar: Xeberaz
Robert Sekuta: Azərbaycanın yaşadığı Xocalı faciəsi kimi hadisələr məni çox ağrıdır

“ABŞ-ın özü də bu cür hallardan sığortalanmayıb”.

Dünyanın heç bir ölkəsi Azərbaycanın yaxın tarixdə məruz qaldığı zorakılıq kimi hallardan sığortalanmayıb.

Xeberaz.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Qafqaz Müsəlmanları İdarəsində (QMİ) sədr Allahşükür Paşazadə ilə keçirdiyi görüş zamanı deyib.

O bildirib ki, ABŞ-ın özü də bu cür hallardan sığortalanmayıb:

“Ona görə də biz belə halların baş verməməsi üçün birgə çalışmalıyıq”.

R.Sekutanın sözlərinə görə, Azərbaycanın məruz qaldığı hadisələr bir səfir kimi onun üçün çox önəmlidir:

“Ölkənin yaşadığı ağrı-acı, xüsusilə Xocalı faciəsi kimi hadisələr məni çox ağrıdır və bu hadisəni mən yaxından öyrənməliyəm. Bu, mənim üçün önəmlidir”.
Geri dön