Ana Sayfa > M / Karusel / Dünya / M2 / Reportaj > İŞİD terror qruplaşması İraqda yüzlərlə uşağı qaçırıb.

İŞİD terror qruplaşması İraqda yüzlərlə uşağı qaçırıb.


31-05-2015, 12:03. Yazar: Xeberaz
İŞİD terror qruplaşması İraqda yüzlərlə uşağı qaçırıb.
Nəzarət altında saxladıqları bölgələrdən uşaqları qaçırırlar.


Xeberaz.az -ın məlumatına görə, İŞİD silahlıları İraqın Ənbar vilayətinin qərbində yerləşən Ər-Ratba, Əl-Qaim, Anə, Ravə şəhərlərindən olan 400 uşağı yığaraq həmin ölkədəki və Suriyadakı qərargahlarına aparıblar. Bu barədə Ənbar vilayəti məclis üzvü Fərhan Muhamməd xəbər verib.

O bildirib ki, İŞİD silahlıları nəzarət altında saxladıqları yerlərdləki bütün uşaqları terror aktlarında istifadə edə biləcəkləri barədə xəbərdarlıq da ediblər.

Uşaqların qaçırılması barədə xəbəri Diyala vilayəti polis idarəsi müdiri casim əs-Sadidi də təsdiqləyib. O da uşaqların Suriyaya keçirilərək, canlı bomba kimi hadisələrinn mərkəzinə atıla biləcəyindən ehtiyat etdiyini dilə gətirib.
Geri dön