Ana Sayfa > M / Karusel / Gündəm > Xalq artisti Gəncədə dəfn olunacaq

Xalq artisti Gəncədə dəfn olunacaq


20-11-2016, 12:57. Yazar: Xeberaz
Xalq artisti Gəncədə dəfn olunacaq
Xalq artisti, dirijor Nəriman Əzimov bu gün Gəncədə dəfn ediləcək.


"Xəbəraz.az " xəbər verir ki, bu barədə APA-ya “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov verib.

R. Qasımov bildirib ki, N. Əzimov öz vəsiyyətinə uyğun olaraq anasının məzarının yanında torpağa tapşırılacaq. N. Əzimovla vida mərasimi bu gün saat 12.00-da Yeni Yasamal 1. ünvanındakı evində olacaq.

Qeyd edək ki, 80 yaşlı N.Əzimov uzun sürən xəstəlikdən sonra noyabrın 19-da vəfat edib. Prezident təqaüdçüsü olan N. Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.
Geri dön