Ana Sayfa > M / Karusel / Hadisə / M2 / Foto-fakt / Fotogalereya > Yük maşını məktəblini öldürdü

Yük maşını məktəblini öldürdü


31-05-2015, 11:55. Yazar: Xeberaz
Yük maşını məktəblini öldürdü
15 yaşlı məktəbli aldığı açıq kəllə-beyin travması nəticəsində hadisə yerində keçinib
Bu gün səhər saatlarında Bakı-Qazax yolunun 219-cu kilometrliyində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberaz.az xəbər verir ki, Ucar rayonunun Təzə Şilyan kənd sakini, 2000-ci il təvəllüdlü İsrailov Mahir Yolçu oğlu yolu keçərkən Bakı istiqamətində hərəkətdə olan, 1994-cü il təvəllüdlü Muradov Sahil Fəxlədər oğlunun idarə etdiyi 57 BA 154 dövlət nömrə nişanlı yük maşını ilə vurulub.

15 yaşlı məktəbli aldığı açıq kəllə-beyin travması nəticəsində hadisə yerində keçinib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Geri dön