Ana Sayfa > M / Karusel / Dünya / M2 > Gürcüstanda marixuana qanuniləşdirilir

Gürcüstanda marixuana qanuniləşdirilir


29-05-2015, 15:48. Yazar: Xeberaz
Gürcüstanda marixuana qanuniləşdirilir
Qoqa Xaçidze təşəbbüs ilə çıxış edib.

Xeberaz.az “Liberal” gürcü nəşrinə istinadən xəbər verir. Gürcüstan parlamenti yaxın günlərdə marixuananın qanuniləşdirilməsi məsələsinə baxacaq, müvafiq qanun layihəsi qanunverici orqanda may ayının 28-də qeydiyyata alınıb, Oxu.Az

Marixuananın qanuniləşdirilməsinin təşəbbüsçüsü kimi Qoqa Xaçidze çıxış edib.

Deputatın təşəbbüsünə müvafiq olaraq, marixuananın və çətənənin istehsalı, əldə edilməsi, saxlanılması və həkimin göstərişi olmadan istifadəsi cəzalandırılan cinayət hesab edilməyəcək.

Bununla yanaşı, deputat həmçinin narkotik istifadəsinə görə administrativ cərimənin 500 laridən (218 dollara yaxın) 100 lariyə (43,6 dollar) qədər azaldılmasını təklif edib.

Qeyri-qanuni elan edilən marixuana Gürcüstanın bir çox ərazisində yetişir və Tbilisinin bir çox kənd və ayrı-ayrı dairələrində 2006-cı ilə qədər açıq şəkildə istifadə edilirdi, bu, üçüncü prezident Mixail Saakaşvili tərəfindən elan edilmiş cinayətkarlıqla mübarizədə, kiçik həcmdə narkotikin saxlanılması cəzalandırılana qədər davam etdi, “Liberal” qeyd edir.

Həmin il polis tərəfindən narkotiklərə görə icbari yoxlama qüvvəyə mindi.

Daha öncə Gürcüstan parlamenti birinci oxunuşda narkotiklərin realizəsi istisna olmaqla narkocinayətlərə görə cəzaların yüngülləşdirilməsinə dair qanunvericilikdə düzəlişləri qəbul etdi.
Geri dön