Ana Sayfa > M / Karusel / Siyasət / Xəbəraz-ın debatı > Trampla Putinin gizli Yalta görüşü - Dialoq
Trampla Putinin gizli Yalta görüşü - Dialoq18-11-2016, 12:44. Yazar: Xeberaz |
Almaniyanın “Tagestsaytunq” qəzeti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni prezidenti Donald Trampın uydurma dialoqunu nəşr edib. Uydurma ssenariyə görə, ABŞ-ın hazırki Prezidenti Barak Obama Almaniyada Angela Merkelin yanında olarkən Trampla Putin gizlicə Yaltada görüşür. Sözügedən yerdə İkinci Dünya müharibəsi zamanı Çörçill, Stalin, Ruzvelt konfrans keçirmişdi. Dialoqun maraqlı hissələrini təqdim edirik: Tramp: - Mən, əlbəttə ki, sənə nüvə kodlarımızı gətirmişəm, şulerin şərəf məsələsi... Putin: - Minnətdaram, amma onlar məndə çoxdan var. Mən də sənə Snoudeni gətirmək istəyirdim, amma yolda təyyarədən düşdü. Yeri gəlmişkən, dünya xəritəsini gətirmişəm, gəl özümüzə ərazilər seçək. Tramp: - Sən başla! Putin: - Mən Çini götürürəm. Tramp: - Okey, onda mən ən böyüyünü götürürəm. Baaax, bunu! Putin: - Eey, bu Rusiyadır. Tramp: - Yaxşı, qoy adı olsun Rusiya. Putin: - Bu, axı mənimdir! Tramp: - Necə yəni? Sən axı Çini seçdin! Putin: - Rusiya hələ bu vaxta qədər də mənim idi! Mən – Rusiyayam. Bu, mənim həyat məkanımdır. Tramp: - Hə... Daha öncə bu haqda düşünməli idin. Putin: - Bəs mən indi ABŞ-ı götürsəm, nə edəcəksən? Tramp: - Mənim vecimə də deyil, sən ABŞ-a sahib olmaq istəmədikcə... Putin: - Yenidən başlamalıyıq. Tramp: - Sən yenidən Baltikyanı ölkələrə sahiblənə bilməzsən? Mənim köməkçilərim son həftələrdə Estoniya ilə Litva arasındakı fərqlər haqda danışmaqla məni bezdirib. Mənim üçün bu, istənilən halda qırmızı sousdur. Putin: - Yaxşı, mən onları götürərəm. Qalan Avropanı nə edəcəyik? Tramp: - Nəyi? Putin: - Av-ro-pa. Almaniya, Fransa, İtaliya, İspaniya. Tramp: - Bütün bunlar Avropadadır? Dəlixanadır. Hamısını götürə bilərsən. O zəiflərlə məzələn! Amma söz ver ki, bütün köhnə sarayları söküb yeni tikililər üçün mənə sifarişlər verəcəksən. Putin: - Mən bütün dünyanın qayğısına qala bilmərəm axı. Sən məndən yenə nəsə götürməlisən. Yoxsa onlar yenə öz müqəddəratlarını təyin etməklə bağlı məni bezdirəcək. Tramp: - Okey, Onda qalanlarla kastinq-şou edək. Studiyada iyirmi ən pis diktatoru görmək istəyirəm. Sonra bölərik. Şounun adını qoyaq "Tramputindən kim birinci aşacaq?" Putin: - Siz amerikalıların bu ideyaları həmişə xoşuma gəlib, amma mənim ağlıma ancaq MG və MİG gəlir. Tramp: - Mən 20 yanvarın başlığını çox bəyəndim: “Tramp qaradərili ailəni Ağ Evdən qovur”. Əgər bu, “Nyu York Tayms”da olsa, kommunist bir vərəqdə, onda mən bunu qadağan edə bilərəm. Putin: - Yaxşı, artıq qeyd etdim. Tramp: - Hələblə nə edəcəyik? Adı nə idi? Putin: - Əsədi deyirsən? Tramp: - Yox, sənin bütün günü bombaladığın Hələbi deyirəm. Putin: - Hə, şəhəri deyirsən? Tramp: - O nədir? Şəhərdir? Bəs o, niyə hələ də mövcuddur? Putin: - Çünki sizin zənci prezidentiniz hələ də vətəndaş cəmiyyəti haqda düşünür. Şəhəri xəritədən silsək, sənə sərf edər? Onda ordakı terrorçuları məhv edək. Tramp: - Hələ soruşursan da? 2003-cü ilin 14 sentyabrında çinlilər mənim göydələnimi məhv etdi. Yığışdır onları! Putin: - Hələb Suriyadadır... Tramp: - Fərqi nədir? Afrika elə Afrikadır. Amma məsləhətçilərim deyir ki, İsrailin qeydinə qalmalıyıq. Onların məscidlərinə görə narahatam. Hitlerin qızı Merkel onları müdafiə edə bilməzdi? Bizim neftimiz də ordandır, yoxsa necə? Putin: - Bəlkə sən yaxşısı elə neftin yerinə qaz alasan? Tramp: - Melanidən soruş, mətbəx işlərinə o baxır. Yeri gəlmişkən, hanı o pinti? Putin: - Narahat olma, mənim adamlarım ona nəzarət edir. Ruslar demişkən, by the pussy. Tramp: - Hə, yeri gəlmişkən, bilirsən “Nyu York Tayms” məni narsist adlandırıb? Heç bilmirəm bu nədir, amma çalışın onlar məni bütün tarixin ən böyük narsisti adlandırsın. Putin: - Yaxşı, sabah ova gedək? Tramp: - Böyük məmnuniyyətlə. Burda meksikalılar var? Putin: - Yox, amma çeçen və tatarlar var. Onlar ən azından müqavimət göstərir. Tramp: - Biz dərhal mübadilə proqramı reallaşdırmalıyıq. Bu müflis olan fermerlər öz xoşları ilə pul ödəmir. Putin: - Əla ideyadır! Bu vasitə ilə biz Sibirə qeyri-leqal meksikalılar qazandıra bilərik! Kimsə axı qurğuşun hasil etməlidir. Tramp: - Bizə qurğuşun lazım deyil. Bu, yeganə şeydir ki, onu Supermən görə bilmir. Hər bir meksikalı üçün isə bizə rus qızı lazımdır. Putin: - Bizim slavyan Melanimiz sənin zövqüncədir, elə deyil? Tramp: - Yeri gəlmişkən, siz homoseksuallarla ciddi mübarizə aparmalısınız. Putin: - Ehtiyatlı ol! Bizdə sənin o şəkillərin var... Tramp: - Okey, okey. Səndə Krım şampanından qalıb?.. Geri dön |