Ana Sayfa > M / Karusel / Gündəm / Təbriklər > Aksarayda Qarabağ parkı açılacaq

Aksarayda Qarabağ parkı açılacaq


17-11-2016, 13:47. Yazar: Xeberaz
Aksarayda Qarabağ parkı açılacaq
Konfrans vermək üçün Aksaraya səfər edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazgı ilə görüşüblər.

Deputatın Aksarayın mərkəzində Qarabağ Parkının salınması ilə bağlı təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə başqanı yaxın zamanlarda qədim Qarabağın adını daşıyacaq böyük parkın şəhərin mərkəzində salınacağını bildirib.

“Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın yaxın günlərdə oxuculara təqdim olunacaq 2-ci hissəsində qədim Aksarayın da yer alacağını bildirib.
Aksarayda Qarabağ parkı açılacaq

Geri dön