Ana Sayfa > M / Karusel / Gündəm / Şou-Biznes / M2 / Foto-fakt / Xəbəraz TV > “Maşın” şounun qalibi məlum oldu - VİDEO

“Maşın” şounun qalibi məlum oldu - VİDEO


29-05-2015, 01:07. Yazar: Xeberaz


“Maşın” şounun qalibi məlum oldu - VİDEO


Finala qalan üç iştirakçı 47 saat yatmadan maşın ətrafında dayanıb.

ANS telekanalında yayımlanan “Maşın” realiti şousunun final gecəsi keçirilib.

Xeberaz.az xəbər verir ki, finala qalan üç iştirakçı - müğənni Xatirə İslam, Samir Cavadzadə və meyxanaçı Rəşad Dağlı 47 saat yatmadan maşın ətrafında dayanıb.

Əlini avtomobildən ilk çəkən Samir Cavadzadə olub. Müğənninin şouda səhhəti pisləşərək xəstəxanaya düşüb. Daha sonra iştirakçılar həkim müayinəsindən keçib və Rəşad Dağlının səhhətinin pis olduğu bildirilib. Və “Maşın”ın qalibi Xatirə İslam olub.

“Maşın”ın sonunda Xatirə sənət yoldaşları Aşıq Əli, Emil Bədəlov və Rüfət Axundovu da maşında oturmağa dəvət edərək studiyadan çıxıb.


Geri dön