Ana Sayfa > M / Karusel / Gündəm > Mikayıl Cabbarov pensiya yaşına çatmış müəllimlərdən danışdı

Mikayıl Cabbarov pensiya yaşına çatmış müəllimlərdən danışdı


14-11-2016, 14:20. Yazar: Xeberaz
Mikayıl Cabbarov pensiya yaşına çatmış müəllimlərdən danışdı


Pensiya yaşına çatmış və ya pensiyaya çıxmış müəllimlərin böyük təcrübəsi Azərbaycanın təhsil sistemi üçün böyük əhəmiyyət daşıyır.

"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, bu sözləri bu gün jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, bu müəllimlərin potensialının istifadəsi müvafiq qanunvericiliklə nizamlanır:

"Bütün müəllimlərin bilik və təcrübələri Azərbaycanın təhsil sistemi üçün böyük əhəmiyyət daşıyır. Biz bir tərəfdən çalışırıq ki, gənc müəllimlər təhsil sisteminə daxil edilsin və bu yolla təhsil sistemi daha da müasirləşdirilsin. Digər tərəfdən isə, təcrübəli kadrların biliklərinin istifadə olunması da bizim üçün prioritet təşkil edir".
Geri dön