Ana Sayfa > M / Karusel / Hadisə / M2 / Xəbəraz TV > Cəbhədə güclü yanğın başlayıb - VİDEO

Cəbhədə güclü yanğın başlayıb - VİDEO


28-05-2015, 22:29. Yazar: Xeberaz
Cəbhədə güclü yanğın başlayıb - VİDEO
Yanğının miqyası getdikcə genişləndiyi bildirilir.

Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yanğın törətməkdə davam edir.

Xeberaz.az -ın ANS TV-yə istinadən məlumatına görə, bu dəfə qarşı tərəf Ağdamın işğal altında olan Baş Qərvənd kəndinin ərazilərinə od vurub. Yanğın hazırda qoşunların təmas xəttindəki neytral sahəyə keçib. Yanğının miqyası getdikcə genişləndiyi bildirilir.

Amma alovun yaşayış sahələrinə keçmə ehtimalı yoxdur. Deyilənə görə, yanğın günorta saatlarından başlanılıb.

İki gün bundan öncə də yanğınlar başqa bir istiqamətdə - Tərtərdə törədilmişdi.

Qeyd edək ki, Ermənistan Slahli Qüvvələri Azərbaycan üçün əlamətdar olan günlərdə xüsusi ilə cəbhə xəttində aktivləşirlər. Bütün bunlara baxmayaraq, qarşı tərəf layiqli cavabını alır və cavab atəşi ilə susdurulur.

Geri dön