Ana Sayfa > M / Karusel / Dünya > ABŞ Əfqanıstandakı səfirliyini bağlayıb

ABŞ Əfqanıstandakı səfirliyini bağlayıb


13-11-2016, 13:26. Yazar: Xeberaz
ABŞ Əfqanıstandakı səfirliyini bağlayıb

"Xəbəraz.az " xəbər verir ki, bununla bağlı səfirlikdən məlumat verilib.

Bildirilib ki, buna Almaniya konsulluğu və Amerika hərbi bazasına qarşı terror hücumları səbəb olub.

“Təhlükəsizlik tədbirləri ilə bağlı səfirlik müvəqqəti bağlanıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, dünən ABŞ və NATO-nin Baqramdakı hərbi bazasında baş verən terror aktı nəticəsində 4 nəfər həlak olmuş, onlarla insan yaralanmışdı. Cümə günü Əfqanıstanın şimalında Almaniya baş konsulluğuna edilən hücum nəticəsində də 4 nəfər həlak olmuşdu. 120 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara çatdırılmışdı. Hər iki hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb.
Geri dön