Ana Sayfa > M / Karusel / Siyasət > İlham Əliyev livanlı həmkarını təbrik etdi

İlham Əliyev livanlı həmkarını təbrik etdi


11-11-2016, 18:49. Yazar: Xeberaz
İlham Əliyev livanlı həmkarını təbrik etdi
Prezident İlham Əliyev Livan Respublikasının Prezidenti Zati-aliləri cənab Mişel Auna təbrik məktubu ünvanlayıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə qeyd edilir: Hörmətli cənab Prezident,

Livan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Livan əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Eyni zamanda ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Geri dön