Ana Sayfa > M / Karusel / Dünya / Reportaj > Bütün Əl Qaidə liderlərinə ölüm fərmanı verildi

Bütün Əl Qaidə liderlərinə ölüm fərmanı verildi


11-11-2016, 11:05. Yazar: Xeberaz
Bütün Əl Qaidə liderlərinə ölüm fərmanı verildi
ABŞ Prezidenti Barak Obama Pentaqona Nüsrə Cəbhəsinin bütün liderlərinin öldürülməsi barədə əmr verib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı “Vaşinqton Post” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Məlumata görə, terrorçulara qarşı əməliyyat zamanı pilotsuz aparatlardan istifadə ediləcək:

“Obamanın belə qərar verməsinə Amerika kəşfiyyatının son məlumatları təsir edib. Kəşfiyyatın məlumatına görə, Əl Qaidə Nüsrə Cəbhəsi vasitəsilə artıq Suriyada böyük baza yaradır və bunun da sayəsində İŞİD-in itirdiyi mövqeləri ələ keçirə bilər. Bu addımı ilə Obama Əl Qaidənin Suriyada güclənməsinin qarşısını almağa çalışır. Oktaybrın əvvəllərindən etibarən ABŞ pilotsuz təyyarələri vasitəsilə 4 yüksək vəzifəli Nüsrə liderini öldürüb. Terror təşkilatına sonuncu hücum noyabrın 2-də olub”.

Qeyd edək ki, Nüsrə Cəbhəsi Əl Qaidə terror təşkilatının Suriya qanadı hesab edilir.
Geri dön