Ana Sayfa > M / Karusel / İqtisadiyyat / Gündəm / Aktual > İsmayıllı Rayon İcra Hakimiyyəti - 700 min manata torpaq satılmasına açıqlama verdi

İsmayıllı Rayon İcra Hakimiyyəti - 700 min manata torpaq satılmasına açıqlama verdi


10-11-2016, 20:44. Yazar: Xeberaz

İsmayıllı Rayon İcra Hakimiyyəti - 700 min manata torpaq satılmasına açıqlama verdi



Bu gün gizli mənbə adı altında bəzi saytlarda İsmayıllı rayonunda gərginlik yaşanması,Rayon İcra Hakimiyyəti başçısının sahibkarlara problem yaratması,rayonda 700 min manata torpaq satılması ilə bağlı xəbərlər yer alıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti İnformasiya Təminatı və Təhlili sektorunun müdiri Azər Bədəlovun "Xəbəraz.az " -a açıqlamasına görə yazılan xəbərlər qərəzdir.Rayon İcra başçısı Mirdamət Sadıqov tərəfindən sahibkarlara mane yaradılmır,əksinə kömək edilir,rayonda hər hansı gərginlik yaşanmayıb.

Araşdırdıq, 700 min manata torpaq satılmasına dair xəbər də özünü doğrultmadı.Biraz əvvəl torpaq satılıb,700 min manata deyil,bundan on dəfə aşağı qiymətə.Bunun da Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqova heç bir aidiyyəti yoxdur.Belə xəbərləri hansı məqsədlər naminə yayırlar, başa düşmürəm.
Geri dön