Ana Sayfa > M / Karusel / Dünya > Saakaşvili: “Poroşenko ilə danışmayacağam”

Saakaşvili: “Poroşenko ilə danışmayacağam”


10-11-2016, 12:04. Yazar: Xeberaz

Saakaşvili: “Poroşenko ilə danışmayacağam”
Mənim Ukrayna Prezidenti Pyotr Poroşenko ilə ünsiyyət qurmaq arzum yoxdur.

Bunu “Nyusvan” televiziyasına açıqlamasında Odessanın eks-qubernatoru Mixail Saakaşvili söyləyib. O, Poroşenkonun “Saakaşvili müxalifətçi olmaq qərarına gəlib” sözlərindən əsəbiləşdiyini bildirib:

“Bu bəyanatdan sonra onunla danışmaq istəmirəm. Mən artıq azad insanam və bu ölkənin vətəndaşıyam. Prezidentin zənglərinə nə zaman cavab vermək lazım olduğunu özüm müəyyənləşdirirəm. Onlar məni aldatsalar da, Poroşenko nə mənim, nə də ki ölkənin düşmənidir. Onlar vədlərini yerinə yetirmədilər”.

Qeyd edək ki, Saakaşvili noyabrın 7-də Odessa qubernatoru vəzifəsindən istefa verib.
Geri dön