Ana Sayfa > M / Karusel / Dünya > İnterpolun rəhbərliyinə rus general gətirildi

İnterpolun rəhbərliyinə rus general gətirildi


10-11-2016, 11:40. Yazar: Xeberaz
İnterpolun rəhbərliyinə rus general gətirildi
İnterpolun vitse-prezidenti vəzifəsinə Rusiya generalı Aleksandr Propurçuk təyin edilib.

"Xəbəraz.az "xəbər verir ki, bu barədə informasiya İnterpolun Tvitter səhifəsində yerləşdirilib.

Qeyd edək ki, Propurçuk İnterpolun vitse-prezidenti olan ilk Rusiya vətəndaşıdır. O, buna qədər İnterpolun Milli Mərkəzi Bürosuna rəhbərlik edib.

İnterpolun yeni prezidenti Çinin İctimai Təhlükəsizlik nazirinin müavini Men Xunveydir.
Geri dön