Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm > Saakaşvili istefaya getdi – Təcili

Saakaşvili istefaya getdi – Təcili


7-11-2016, 15:37. Yazar: Xeberaz
Saakaşvili istefaya getdi – Təcili

Mixail Saakaşvili Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verib.
"Xəbəraz.az "xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Saakaşvilinin özü söyləyib. O, istefasına əsas səbəb kimi Ukrayna Prezidenti Pyotr Poroşenkonun ona verdiyi sözləri yerinə yetirməməsini göstərib:

“Məni Ukraynada olduğu qədər heç yerdə aldatmayıblar. Prezidentin söz verib, yerinə yetirmədiyi vədlərdən artıq bezmişəm. Belə olan halda mən istefa verib, yeni mübarizə mərhələsini başlatmaq istəyirəm”.

Qeyd edək ki, Saakaşvilinin tərəfdarı olan Odessa polisinin rəhbəri Georgi Lortkipanidze də istefaya getmişdi.


Geri dön