Ana Sayfa > M / Karusel / Gündəm / M2 / Fotogalereya > Deputat oğlunun saxlanılmasından danışdı

Deputat oğlunun saxlanılmasından danışdı


28-05-2015, 13:17. Yazar: Xeberaz
Deputat oğlunun saxlanılmasından danışdı
“7 il əvvəl Cahangir Hacıyevlə...”

Milli Məclisin deputatı Fərhad Qəribov oğlu Elnur Qəribovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.

Xeberaz.az -ın məlumatına görə, Lent.Az-a açıqlama verən millət vəkili bildirib ki, oğlunun Beynəlxalq Banka heç bir kredit borcu yoxdur: “7 il əvvəl oğlum Cahangir Hacıyevlə şərik iş qurmuşdu. Lakin bu iş alınmadı. Oğlumun ona heç bir borcu da olmayıb”.

F.Qəribov əlavə edib ki, Elnur Qəribovun saxlanması xəbəri həqiqəti əks etdirmir: “Bunlar hamısı yalan söhbətlərdir, ola bilər çağırıb nə isə soruşublar, amma buna don geyindirmək, bəzəyib ictimaiyyətə çatdırmaq doğru deyil. Oğlum hal-hazırda evdədir, yatır”.
Geri dön