Ana Sayfa > M / Karusel / Gündəm / Təbriklər > Alpaqutlar yenidən uşaq evinə baş çəkdilər

Alpaqutlar yenidən uşaq evinə baş çəkdilər

4-11-2016, 10:54. Yazar: Xeberaz
Alpaqutlar yenidən uşaq evinə baş çəkdilər

Alpaqut Federasiyasının Sumqayıt filialının rəhbəri Simral Məmmədov və digər alpaqutlar Bakıdakı "Uşaq Sığınacağı və Reinteqrasiya Mərkəzinə" baş çəkiblər. Valideyn himayəsindən məhrum olan uşaqlara baş çəkən idmançılar onların həyat tərzi və problemləri ilə maraqlanaraq gətirdikləri sovqatları uşaqlara təqdim ediblər.
"Xəbəraz.az " -a Simral Məmmdov alpaqutların bundan sonra da mərkəzdə sığınacaq tapmış uşaqlardan öz qayğı və diqqətlərini əsirgəməyəcəklərini bildirib: "Yaxın günlərdə Alpaqut Federasiyasının prezidenti Aqil Acalovun təşəbbüsü və iştirakı ilə bu mərkəzdə olmuşduq. O zaman dövlətimizin uşaqlar üçan yaratdığı şəraitlə tanış olduq. Onlar burada hər şeylə təmin olunublar. Tək çatışmayan sevgi və qayğıdır. Bu balaların bizlərlə ünsiyyətə, bizlərin diqqətinə ehtiyacı var. Onlarla keçirdiyimiz bir neçə saat ərzində sanki kimsəsizliklərini unutmuşdular. O uşaqların gözlərində sevinc şöləsi yaratmaqdan gözəl nə ola bilər ki?"
Simral Məmmədov öncəki gəlişlərində mərkəzdə sığınacaq tapmış uşaqların alpaqut idman növü ilə maraqlandıqlarını da qeyd edib: "Biz vaxtaşırı bu mərkəzə baş çəkərək öz bildiklərimizi uşaqlara öyrətməyə, onların vətənpərvər ruhda, sevgidolu böyümələrinə öz töhfəmizi verməyə çalışcağıq".

Geri dön